Eynulla Fətullayev: ?Rauf Arifoğlu olmasaydı...?
?Yadigar Sadıqovun mövqeyinə hörmətlə yanaşıram, fəqət Rauf Arifoglu ilə bağlı sözlədiyi fikirlərə qəti etrazama bildirirəm?.
Mia.az xəbər verir ki, bunu ?Qafqazinfo?ya açıqlamasında ?İnsan Haqları Uğrunda? İctimai Birliyin sədri, hüquq müdafiəçisi və jurnalist Eynulla Fətullayev deyib. O, bildirib ki, R. Arifoğlunun Azərbaycanda müstəqil və peşəkar mətbuatın yaranmasında, təşəkkülündə müstəsna xidmətləri var: ?Bu gün də ?Yeni Müsavat? azad düşüncənin, repressiya ilə üzləşən xalqın və fərdlərin müdafiəsini təşkil edən - son söz bastionlarından biridir. Rauf Arifoğlu olmasaydı, biz həbsdən onsuz da çıxacaqdıq, lakin bu təcrid daha uzun sürəcəkdi. ?Yeni Müsavat? barəsində bu cür ifadələr söyləmək ədalətsizlikdir.Unutmayın ki, biz hamımız hələ də avtoritarizm şəraitində fəaliyyət göstəririk, belə şəraitdə demokratik qəzet buraxmaq - qəhrəmanlıqdır!?.
Xatırladaq ki, Y. Sadıqov İctimai Palatanın üzvlüyündən istefa verib. Buna səbəb kimi isə R. Arifoğlunun da həmin qurumda təmsil olunmasını göstərib..
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51