YAP Siyasi Şura üzvündən Gülər Əhmədovaya xəbərdarlıq: ?Səsini kəs!?
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü Aydın Hüseynov da partiyadaşı, artıq sabiq deputat ünvanını almış Gülər Əhmədova ilə Elşad Abudullayev arasındakı video çəkilişin cəmiyyətdə yaratdığı ajiotaja münasibətini açıqlayıb.
Son bir neçə gün ərzində Gülər Əhmədova haqqında YAP elitasının söylədiklərinin arxasından qaçmağa çalışdıqları bir ərəfədə Aydın Hüseynov hələ də YAP üzvü olan Gülər Əhmədovaya xəbərdarlıq da edib.
Mia.az xəbər verir ki, ?Həftə içi?nə açıqlamasında YAP Siyasi Şuranın üzvü Aydın Hüseynov heç bir partiyanın Gülər Əhmədova xarakterli insanlardan sığortalanmadığını deyib: ?Yeni Azərbaycan Partiyasının da 600 min üzvü var, Gülər Əhmədova da sıravi üzvlərdən biridir. Müxalifətin dediyi kimi, YAP-ın aparıcı simalarından deyil. Biz, hüquqi dövlətdə yaşayırıq. Ona görə də kimliyindən asılı olmayaraq hər kəs layiqli cəzasını almalıdır. Etibardan istifadə edərək dələduzluqla məşğul olan şəxs kimi Gülər Əhmədova barəsində cinayət işi açılıb və hazırda istintaq gedir?.
Siyasi Şura Gülər Əhmədovaya xəbərdarlıq da edib: ?Qaldı ki, kiminsə kimi təhqir etməsinə bu hadisədən sonra gərək G.Əhmədova heç olmasa səsini çıxarmasın. Dilini dinc qoymaq əvəzinə, sosial şəbəkələrdə ağzına gələni yazır, sonra da ?mən qadınam, məni təhqir edirlər?, - deyə, hay-küy qaldırır. Sadəcə olaraq, ayıbdır".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51