Türkiyə Suriya təyyarələri üçün hava məkanını bağladıqdan sonra Dəməşq də eyni addımı atıb. Suriya Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus mülki təyyarələrin Suriya hava məkanında uçmasını qadağan etdiyini bəyan edib. Suriyanın rəsmi "SANA" xəbər agentliyinin məlumatına görə, bu qərar Türkiyənin Suriyaya məxsus sərnişin təyyarəsini Esənboğa hava limanında yerə endirməsinə cavab olaraq verilib.