"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azərbaycan futbolsevərlərinin azarkeşlik etdiyi Türkiyə millisi Rumıniya yığmasını qəbul edib. Matçın taleyini bir qol həll edib. Görüşün 45-ci dəqiqəsində Qrozavın vurduğu qol qonaqlara qələbə qazandırıb - 0:1. Qeyd edək ki, seçmə mərhələnin növbəti görüşləri 4 gün sonra keçiriləcək.