İtaliya A Seriyasında VIII tura yekun vurulub. Öz meydanında "Fiorentina"nı qəbul edən "Kievo" xal itkisi ilə üzləşib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıblar - 1:1. Səfərdə "Genua" ilə qarşılaşan "Roma" inamlı qələbə qazanıb. İlk hissədə 0:2 hesabı ilə geri düşən paytaxt klubu oyunda dönüş yaratmağı bacarıb - 4:2. Doğma azarkeşləri önündə "Kataniya"nı qəbul edən "İnter" rəqibini iki cavabsız qolla məğlub edib. Milan təmsilçisi bu qələbə sayəsində xalını 18-ə yüksəldib.