Dubaya getmək ucuzlazdı
Bakı-Dubay-Bakı reyslərində xüsusi güzəştli tarif tətbiq edilib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, cəmiyyətin Bakı-Dubay-Bakı istiqamətində həyata keçirilən uçuşlarında "gediş-dönüş" 130 avro (qiymətə yığım və rüsumlar daxil deyil) olmaqla yeni xüsusi güzəştli ekonom sinif tarifləri tədbiq olunur.
Bu tarif yalnız aviaşirkətin J2 015/016 reyslərinə, ilkin uçuş nöqtəsi Bakı olduqda şamil olunur. Bu aksiya üzrə yerlərin sayı məhdudlaşdırıla bilər. Hər sərnişin üçün baqajın pulsuz daşınma norması 2 yer təşkil edir (hər biri 23 kq-dan artıq olmamaq şərtilə).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19