Mehriban Xanlarova vəhzicəsinə döyüldü (yenilənib)
Əməkdar artist Mehriban Xanlarova hücuma məruz qalıb. Şahidlərin verdiyi məlumata görə, aktrisa çəkildiyi serial zamanı döyülüb. Belə ki, ssenariyə görə o, küçədə uzanmalı imiş. Bu zaman kənardan onu izləyən ailə quracağı şəxs yaxınlaşaraq onu döyüb. Məsələni dəqiqləşdirmək üçün ANS PRESS-in əməkdaşı M.Xanlarova ilə əlaqə saxlamağa çalışsa da, o cavab verməyib.
Publika.Az-ın əməkdaşı yayılan xəbərə aydınlıq gətirmək üçün əməkdar artistlə əlaqə saxlayıb. Xanlarova müxbirimizə xəbərin yalan olduğunu və hazırda "Həkimlər" serialının çəkilişlərinin davam elədiyini deyib: "Kim inanmırsa, gəlib üzümə baxa bilər. Sssenaridə belə bir yer var ki, guya məni maşın vurur. Ola bilsin ki, həmin səhnəni görənlər belə bir şaiyə uydurublar. Bu qədər camaatın içində məni kim döyə bilər?".
Serialın ssenari müəllifi Kəmalə Qasımova da bu barədə saytımıza açıqlama verərək belə bir hadisənin baş vermədiyini dedi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47