Bahar Muradova: "Müxalifət qanun çərçivəsində hərəkət etməlidir"
?Əgər həqiqətən müxalifət aksiya keçirmək istəyirsə, o zaman bunu qanunun müəyyən etdiyi çərçivədə və müvafiq icra hakimiyyətinin onlar üçün icazə verdiyi istənilən yerdə keçirə bilər?. Bu fikri jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
B.Muradova bildirib ki, əgər həmin partiyalar ayrılan yerdən imtina edəcəklərsə bu, onların səhv qərarı olacaq. Onun sözlərinə görə, şüar seçimi bu düşərgənin öz işidir.
?Eyni zamanda, əgər onlar bu şüarları və tələbləri irəli sürməklə nəyəsə nail olacaqlarını düşünürlərsə, çox yanlış mövqedədirlər. Birmənalı olaraq deyirəm ki, 4-cü çağırış parlamentin vaxtından əvvəl buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qətiyyən mümkün deyil. Qanuni yollarla, xalqın iradəsi əsasında formalaşmış parlament uğurla fəaliyyət göstərir və növbəti seçkilər də zamanında -2015-ci ilin payızında keçiriləcək? ? deyə, vitse-spiker vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51