Meriya 20-ci sahə, ictimai Palata isə "yox" dedi
Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın (İP) paytaxtda oktyabrın 13-də yürüş keçirməsi ilə bağlı müraciətini cavablandırıb. Şəhər rəhbərliyi göstərilən tarixdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələbi ilə yürüş keçirilməsini məqsədəuyğun hesab etməyib, əvəzində İP-ə Səbail rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirilməsini təklif edib.
Qeyd edək ki, İP oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı paytaxt meriyasına müraciət edib(apa).
?Biz təbii ki, 20-ci sahəyə getməyəcəyik?. Bu sözləri ?Qafqazinfo?ya açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı BŞİH-nin onlara 20-ci sahədə yürüş keçirməsinə razılıq verməsinə münasibət bildirərkən səsləndirib.
Onun sözlərinə görə, İctimai Palatanın Koordinasiya Şurası bundan sonra müzakirələr aparacaq: ?İP bildimişdi ki, hakimiyyət onların istədiyi məkanda yürüş keçirməyə imkan verməsə, bundan sonra yığışaraq razılaşdırılmamış şəkildə yürüşün vaxtını və gününü dəqiqləşdirəcək?.
Qeyd edək ki, İctimai Palata oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı paytaxt meriyasına müraciət edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51