ADP dindarların aksiyası ilə bağlı bəyanat verdi
Azərbaycan Demokrat Partiyası inanclı vətəndaşlarin 05.09.2012-ci il tarixdə Təhsil Nazirliyinin qarşısında hicaba azadlıq adı altında keçirdiyi aksiya ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir. ADP Prezident seçkiləri yaxınlaşdıqca Azərbaycanda ictimai-siyasi vəziyyətin artan gərginliklə inkişaf etdiyini, bəzi daxili və xarici pozucu qüvvələrin fəallaşmasınıdan narahatlıq ifadə edir.
ADP Azərbaycanda vicdan azadlığı uğrunda vətəndaşların mübarizəsini müdafiə etməklə yanaşı, bu cür aksiyaların zoraklıq müstəvisinə keçməsini yolverilməz hesab edir. ADP təxribatçı qüvvələin təhriki ilə baş vermiş polislərlə toqquşmanı demokratiyaya ciddi ziyan vuracağını xüsusilə vurğulayaraq, bundan qaçmağa təxribata yol verməməyə çağırır.
ADP polisin mitinqçilərə qarşı aşırı güc tətbiq etməsini hakimiyyətin sanksiyalaşmamış zorakılığı kimi dəyərlənidir. ADP- vətəndaşların ağır sosial-iqtisadi problemləri olmasına baxmayaraq proseslərin zorakılıqlıq müstəvisinə keçməsini dövlətin və millətin maraqlarına zidd olduğunu bildirir və vətandaşların öz hüquq və azadlıqları ugrunda mübarizəsini dinc demokratik üsullarla hüquq müstəvidə aparmaga çağırır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51