iSESCO-nun direktoru: "Ermənistanın etdikləri əsl ağılsızlıqdır"
"İSESCO Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarmaq səylərini dəstəkləyir". Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib. O, bu işğalın beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə zidd olduğunu bildirib.
İSESCO-nun Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunmasında maraqlı olduğunu qeyd edən qonaq vurğulayıb: ?Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün və sabitliyin bərqərar olunmasına xidmət edəcək. Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır?.
Xankəndi aeroportunun istismara verilməsi məsələsinə də münasibət bildirən əl-Tüveycri İSESCO-nun qəti şəkildə bunu pislədiyini deyib: "Ermənistanın etdikləri əsl ağılsızlıqdır".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50