Təhsil Nazirliyi qarşısında bir qrup insan hicabla bağlı aksiya keçirməyə cəhd göstərib. Onlar şagirdlərin məktəbə hicabla buraxılmasını tələb ediblər. AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, bir qrup insan ?Hicaba azadlıq!?, ?İslam qalib gələcək!? yazılmış plakatlarla nazirliyin qarşısına yürüş etmək istəyiblər. Bu zaman polis onları dayandırmağa başlayıb. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Aksiya iştirakçıları polisə müqavimət göstəriblər. Əməkdaşımızın müşahidələrinə görə, həm polisdən, həm də aksiyaçılardan xəsarət alanlara var. Bundan başqa, bir neçə adamın saxlandığı deyilir. aksiyada iştirak edən dindarlardan təxminən 70 nəfər həbs olunub. Həbs edilənlər Nərimanov Rayon Polis İdarəsinin bölmələrinə aparılıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən aksiya ilə bağlı açıqlanıb ki, bir qrup şəxs Təhsil Nazirliyinin binası qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstərib, lakin bu cəhdin qarşısı alınıb. ?İctimai qaydanı kobud şəkildə pozduğu üçün bir neçə nəfər saxlanıb?, - deyə bölmədən bildirilib.