Bu gün səhər tanınmış estrada müğənnisi Samir Bağırov haqda şok xəbər yayılıb. Bu barədə sənətçiyə yaxın olan şəxslərin eksklüziv olaraq ?Qafqazinfo?ya verdiyi məlumata görə S.Bağırov intihara cəhd edib. Həyatında baş verən hadisələrə dözməyən və hər şeydən inciyən Samir Bağırovun normadan artıq dərman qəbul etdiyi deyilir. İfaçının intihar etmək istədiyini öyrənən dostu onu xəstəxanaya çatdırıb. Hazırda həkim nəzarətində olan müğəninin vəziyyətinin yaxşı olduğu söylənilir. Məlumatı dəqiqləşdirmək üçün Samir Bağırovla əlaqə saxalamğa çalışdıq, amma cəhdimiz boşa çıxdı. Müğənninin telefon nömrələrinə zəng çatmadı. Xəbərin düz olub-olmadığını dəqiqləşdirməyə çalışırıq.