Azərbaycanlı deputatlar ATƏT-in Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Albaniyaya səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, azərbaycanlı parlamentarilər vitse-spiker ATƏT-in PA-nın payız sessiyasında iştirak etmək üçün Tiranaya yola düşür. Səfər oktyabrın 3-dən 8-dək davam edəcək. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildirlər. Qeyd edək ki, sessiya çərçivəsində əvvəlcə ?ATƏT: sabitlik və təhlükəsizlik əsasında idarəetmə və inteqrasiyanın təşviqi? mövzusunda parlament konfransının keçirilməsi nəzərdə tutulur. Sonra sessiyada ATƏT regionunda milli-mədəni dəyərlərin müdafiəsi, maliyyə böhranına qarşı mübarizə, inkişafın stimullaşdırılmasında sərt iqtisadi siyasətin rolu və digər məsələlər müzakirə ediləcək.