"NİDA" Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı həbs edilərək Yasamal Rayon Polis İdarəsinə aparılıb. Bu barədə Keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyev ?Facebook? profilində paylaşdığı xəbərdə bildirib. Onun yazdığına görə, bir neçə saat öncə ?Müsbət Dəyişiklik Gənclər Hərəkatı?nın ofisində yoxlanış aparılıb. Ofisdə ?N!DA? vətəndaş hərəkatına məxsus çap materialları götürülüb, ?N!DA?-nın idarə heyəti üzvü Zaur Qurbanlı həbs edilib. MDGH-nin materiallarına, MD ofisindən istifadə edən digər gənclər qruplarının materiallarına toxunmayıblar. Bəxtiyar Hacıyev həmçinin bildirib ki, bu barədə ona zəng vurub deyiblər: ?Mən ofisdə deyildim, zəng edib dedilər ki, ofisinizi axtarırlar, qaçıb gəldim. Ofis pis gündə idi, dağıdılmışdı, hələ də yığışdırırıq. Axtarış bizə görə yox, N!DA materiallarına görə olub?.