Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilib. Dünən axşam saatlarında səhhəti pisləşən sevimli aktrisamıza ürək-damar çatışmazlığı diaqnozu qoyulub. O, Musiqili Komediya Teatrının səhnəsində oynadığı "7 məhbus anası" tamaşasından sonra özünü pis hiss edib. Bundan sonra dərhal xəstəxanaya aparılan aktrisanın hazırda vəziyyətinin stabil olduğunu bildirilir.