Mərkəzi Seçki Komissiyasının sədri Belarusa səfər edəcək
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-dən 24-dək Belarus Respublikasında səfərdə olacaq. MSK-dan verilən məlumata görə, səfərdən məqsəd sentyabrın 23-də Belarus parlamentinə keçiriləcək seçkilərdə müşahidəçilik etməkdir. Səfər Belarus Mərkəzi Seçki Komissiyasının sədri və beynəlxalq təşkilatların dəvəti ilə həyata keçirilir.
Səfər çərçivəsində M.Pənahovun belaruslu həmkarı və digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır. MSK-nın təmsilçiləri ATƏT və MDB Müşahidə missiyalarının tərkibində də həmin seçkiləri izləyəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50