Nazirlər Kabineti Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında qərar verib. Qərara əsasən Dövlət Taxıl Fonduna taxılın tədarükü 500 (beş yüz) min ton həcmində müəyyən edilib. Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, qərarla bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin.