Müğənni Vüsal Əliyev azad olundu
Bakıda həbs olunmuş populyar müğənnidən xəbər var. Xətai Rayon Polis İdarəsindən Mili.Az-a verilən məlumata görə, bir neçə gün əvvəl idarə əməkdaşları tərəfindən həbs edilmiş müğənni Vüsal Əliyev sərbəst buraxılıb. Xətai Rayon Məhkəməsi müğənni barəsində həbssiz qətimkan tədbiri seçib. Onun himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınıb.
Qeyd edək ki, V.Əliyev Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Bir müddət Moskvada yaşayan müğənni Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47