Məlumat verildiyi kimi, sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən ?Azərbaycan Məişət Malları? Açıq Səhmdar Cəmiyyətinin ərazisində insan ölümünə səbəb olan yanğın hadisəsi baş verib. İlkin rəylərə görə üzərlərinə texniki və yanğın təhlükəsizliyi, eləcə də əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər tərəfindən bu qaydaların pozulması insan ölümünə və insanların ağır bədən xəsarətlərinə və ciddi maddi ziyanlara səbəb olub. Böyük Quruluş Partiyası baş vermiş hadisə nəticəsində həlak olanlara allahdan rəhmət və ailələrinə başsağlığı verir, xəsarət alanların tez bir zamanda sağlıqlarına qovuşmalarını arzu edir. Ümid edirk ki hadisənin baş verməsininin əsl səbəbləri zəruri və təxirəsalınmaz istintaq hərəkətləri ilə aidiyyatı qurumlar tərəfindən ciddiyyətlə araşdırılacaq və bu hadisənin baş verməsindətəqsiri olanlar layiq olduqları cəzanı alacaqlar.