Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib ki, ölkədə iqtidar-müxalifət dialoqunun davamı olacaq. "Bilirsiniz ki, 2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir və seçkilər ilində təmaslarımızı bir az da artıracağıq, proseslərdə fəallaşma müşahidə olunacaq", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Həsənov deyib. PA rəsmisinin sözlərinə görə, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi, ayrılmaz institutları olan siyasi partiyalar, mətbuat orqanları, QHT-lərlə işi gücləndirəcək.