BQP Qərb ölkələrinin islama qarzı bu tutumunu kəskin zəkildə pisləyir
Böyük Quruluş Partiyası ABŞ-da Məhəmməd peyğəmbər haqqında çəkilən, İslamı və müsəlmanları alçatmaq məqsədi daşıyan filmə etirazını bildirir. BQP İnformasiya Xidmətindən verilən məlumata görə, Böyük Quruluş Partiyası bu hadisəni dünya müsəlmanlarınının dini inanclarına nümayişkəranə şəkildə hörmətsizlik və son zamanlar qabarıq şəkildə özünü göstərən islamafobiyanın növbəti təzahürü kimi qiymətləndirir.
Vaxtaşırı qurana, islam müqəddəslərinə qarşı təhqiramiz hərəkətlər, müsəlmanların vicdan azadlıqıarına hörmtəsizılik, onların istədiyi şəkildə geyinmələrinə tədbiq edilən qadağalr qərbin islama qarşı nə dərəcədə dözümsüz yanaşdığını, islam mədəniyətinə qarşı bəslədiyi kinin hansı səviyyəyə qalxdığını göstərir.
Böyük Quruluş Partiyası Qərb ölkələrinin islama qarşı bu tutumunu kəskin şəkildə pisləyir, dinlərarası, mədəniyyətlərarası münasibətlərdə tolerantlığın və xoşgörünün vacibliyini vurğulamaqla, müsəlmanları təxribatçıların oynuna gəlməməyə, islamın əsas şərtlərinə əməl edərək səbr və təmkin nümayiş etdirməyə və şiddət və zordan uzaq olmağa çağırır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51