Bu gün Prezident İlham Əliyev Fransa Respublikasına işgüzar səfərə yola düşüb. Mia.az AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.