Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısı Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Dostluq" ordeni ilə təltif edilsin.