Bu gün ALP sədri Əvəz Temirxan, Musacat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu 19 ölkənin ATƏT-dəki səfirləri görüşüblər. Bu barədə MİA-ya ALP sədri Əvəz Temirxan məlumat verib. Görüş zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, ölkədəki ağır durum, ondan çıxış yolları, korrupsiya və digər məsələlər müzakirə olunub. Müzakirələrdə müxalifət liderləri vahid mövqedən çıxış ediblər.