savat Partiyasına və demokratik düşərgəyə böyük itki üz verib. Müsavat Məclisinin üzvü Aydın Acalov bir saat əvvəl avtomobil qəzasında həlak olub. Bu barədə xəbər musavat.com-a mərhum yaxın dostlarından çatıb. Bildirilir ki, fəlsəfə doktoru Aydin Acalov Müsavat Partiyasının departament rəhbəri, İctimai Palatanın Regional Təşkilat komitəsinin üzvü idi. Avtomobil qəzası Hökməli dairəsinin yaxınlığında baş verib - "KamAZ" markalı yük maşını Aydın Acalovun idarə etdiyi avtomobilin üstünə çıxıb. Acalovun cənazəsi hazırda Yasamal morqundadır. Onu da qeyd edək ki, mərhum 2010-cu ildə Müsavat və AXCP-nin yaratdığı seçki blokunun loqotipinin, eləcə də partiyanın bir sıra seçki şüar və devizlərinin müəllifi idi. Allah rəhmət eləsin!