Azərbaycan Liberal Partiyasını (ALP) sədri Əvəz Temirxan bu gün partiyanın bir qrup gənc üzvü ilə görüşüb. Görüşdə ölkədə mövcud gərgin siyasi və ağır sosial-iqtisadi vəziyyət müzakirə predmeti olub. Ə.Temirxan ölkədə bütün sahələrdə vəziyyətin çox ağır olduğunu, lakin, ümidsiz olmadığını və yaxın zamanlarda Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gələcəyini qeyd edib. O bildirmişdir ki, bütün xalqlarda və zamanlarda olduğu kimi gənclər cəmiyyətin hərərkətverici qüvvəsi, avanqardıdır. Ona görə böyük sıxıntılar burulğanında boğulan xalqımız gənclərimizə xüsusi ümid bəsləyir, ona inanır. Partiya sədri gənc liberallara siyasi baxımdan daha fəal olmağı, müstəqil gənclər təşkilatları və digər müxalif partiyaların gənclərilə sıx əlaqə qurmağı tövsiyyə edib. Sonda o gənclərin çoxsaylı suallarına cavab verib.#252;t