Elmar Məmmədyarov qazaxıstanlı həmkarı ilə görüzüb
Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyasında iştirak etmək məqsədilə bu ölkənin Məkkə şəhərinə səfər edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov səfər çərçivəsində Qazaxıstan Respublikasının xarici işlər naziri Yerjan Kazikanov ilə görüş keçirilib.
Xarici İşlər Nazirliyinin mətbaut xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edilib. Elmar Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti, eləcə də ölkəmizin Qoşulmama hərəkatı ilə əməkdaşlığı və fəaliyyəti barədə məlumat verib.
Yerjan Kazikanov Azərbaycanın BMT TŞ-də müvəffəqiyyətli fəaliyyəti ilə əlaqədar Elmar Məmmədyarovu təbrik edib. Nazirlər görüşdə həmçinin, İslam Əməkdaşlıq Təşkilatının Məkkə Zirvə Görüşünün gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50