Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Təbrizdə baş verən zəlzələ ilə bağlı soydaşlarımıza başsağlığı verib. "Təbriz şəhəri ətrafında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insanların tələfatı bizi dərindən sarsıtdı. Bu ağır faciəli günlərdə biz zəlzələ bölgəsində yaşayanların dərdini bölüşür, həlak olan insanların yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirik". Allah həlak olanları rəhmət eləsin! Onların yaxınlarına və zəlzələdən zərər çəkənlərə Allah səbir versin! Professor Lalə ŞÖVKƏT Azərbaycan Liberal Partiyasının lideri