London Yay Olimpiya Oyunlarında qadın güləşilərin mübarizəsinə start verilib. Bu gün Azərbaycanın ən titullu qadın idmançılarından olan Mariya Stadnik mübarizəyə başlayıb. 48 kq çəki dərəcəsində yarışan xanım idmançımız 1/8 finalda amerikalı Lonq Çunla qarşılaşıb. Pekin olimpiadasının bürünc mükafatçısı hər iki hissədə qələbə qazanaraq (2:0, 3:0) 1/4ğ finala çıxıb. Mariyanın yarımfinaldakı rəqibi Polşa təmsilçisi İvona Matkovska olub. İlk saniyələrdən təşəbbüsə yiyələnən dünya və Avropa çempionumuz ilk 2 dəqiqədə rəqibindən 2 xal alıb. Gözəl fiziki formada olan Stadnik ikinci hissəni də əla keçirib və 4:1 hesabi ilə qələbə qazanaraq, 1/2 finala çıxıb. Mariya yarımfinalda həmyerlisi İrina Merleni (Ukrayna) ilə üz-üzə gəlib. İlk hissədə 1:0 hesablı qələbə qazanan təmsilçimiz ikinci hissədə də rəqibinə aman verməyib (3:0) və finala çıxıb. İlk dəfə olimpiadanın finalına vəsiqə qazanan Stadnikin qızıl uğrunda matçda rəqibi yaponiyalı Hitomi Obara olacaq. Qeyd edək ki, millimiz qadın güləşi üzrə yarışda 2 idmançı ilə təmsil olunur. Sabah isə Yuliya Ratkeviç (55 kq) gücünü yoxlayacaq.