Braziliya milli komandasıyla birgə London olimpiadasında qızıl medal uğrunda yarışan Neymar dördqat olimpiya çempionu Useyn Bolt və ?Barselona?nın hücumçusu Lionel Messi haqda fikirlər bildirib. Neymar Boltla yaxından tanış olmaq istədiyini deyib. O, yamaykalı idmançının tarixin ən böyük atleti adlandırıb: ?Bolt inanılmaz işlər edir. Ən böyük istədiyim onunla tanış olub şəkil çəkdirməkdir. Messi dünya futbolunun, Bolt isə olimpiadanın ən yaxşısıdır?.