Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Massaçusets ştatının nümayəndələr palatasının ABŞ konqresinə və Prezidentinə ünvanlanan qətnamə qəbul etməsini kəskin pisləyən bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, avqustun 6?da qəbul edilən qətnamədə müəlliflər Prezidenti və Konqresi Dağlıq Qarabağın ?demokratik? müstəqilliyini müdafiə etməyə çağırıblar: ?Minsk Qrupuna daxil olan bir dövlətin ştatının qəbul etdiyi bu qətnamə ABŞ-ın problemin həllində ədalətli mövqe tutacağına sübhələr yarada bilər və Azərbaycan xalqı arasında ATƏT-in Minsk Qrupuna olan inamsızlığın daha da dərinləşməsinə gətirib çıxarar. Eyni zamanda ümid edirik ABŞ prezidenti və ABŞ Konqresi onlara ünvanlanan bu qətnaməyə öz obyektiv münasibətlərini bildirərək gələcəkdə bu halların təkrar olunmaması üçün əllərindən gələni edəcəklər?.