Azərbaycanda 3 gün iz olmayacaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il 19, 20 avqust tarixləri Ramazan bayramıdır və həmin günlər qeyri-iş günü sayılır. Qeyd edilib ki, ?Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə? 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında? Prezidentin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 19, 20 avqust Ramazan bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Ancaq avqustun 19-u bazar gününə təsadüf etdiyindən, avqustun 21-i də qeyri-iş günü sayılacaq. Beləliklə, Ramazan bayramı ilə əlaqədar avqustun 19, 20, 21-i istirahət günləridir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19