Cari ilin I yarısında Yeni Azərbaycan Partiyasına (YAP) 20.559 nəfər üzv qəbul edilib. 1 iyul 2012-ci ilə olan məlumata görə YAP üzvlərinin sayı ümumilikdə 575.591 nəfər olub. Bu göstərici isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Qeyd edilib ki, müvafiq dövrdə partiya sıralarına qəbul olunanların 11 mindən çoxu (ötən ilin müvafiq dövründə bu rəqəm 9924 olub), yəni 53,5 faizi gənclər olubdur.