Bu gün Açıq Cəmiyyət Partiyası (ACP) Mərkəzi Aparatının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, öncə ACP sədri Sülhəddin Əkbər ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib. S.Əkbər partiyanın qarşıda duran vəzifələri və onların yerinə yetirməsindən də danışıb. ACP sədri partiyanın Azərbaycan müxalifətinin birliyi istiqamətində atdığı addımlardan danışaraq qeyd edib ki, bu istiqamətdə bir sıra işlər görülüb, danışıqlar aparılır. Onun sözlərinə görə, bu gün Azərbaycanda müxalifətin vəhdətinə böyük ehtiyac var. Daha sonra ACP-yə Zəngilan, Naxçıvan, Lənkəran və Şirvan rayonlarından 23 üzvün qəbul edilməsi məsələsinə baxılıb.