Əhməd Davudoğlu Məsud Bərzani ilə görüzüb
İraqda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Şimali İraq kürdlərinin lideri Məsud Bərzani ilə görüşüb. Ərbil şəhərində baş tutan görüşdə Davudoğlu ilə Bərzani Türkiyənin PKK ilə mübarizəsi, Suriyanın şimalında baş verən hadisələr, Ərbillə Bağdad arasında yaşanan gərginlik müzakirə olunub.
Görüşdən sonra Ərbil valisi ilə məsciddə namaz qılan Əhməd Davudoğlu Məsud Bərzani ilə görüşünə dair açıqlama verib. Davudoğlu mühüm əhəmiyyətli görüş zamanı Türkiyənin narahatlıqlarını bölüşdüyünü, birlikdə konkret addımların atılması vacibliyini vurğuladığını bildirib. "Şimali İraq kürdlərinin rəhbərliyi ismarışımızı aldı", - deyə Əhməd Davudoğlu bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50