Təşkilatlanma istiqamətində fəaliyyətini gücləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) rəhbər heyətində yeni təyinatlar həyata keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, VİP sədri Əli Əliyevin sərəncamına əsasən, Nazim Məmmədov partiya sədrinin siyasi məsələlər, Adil Mir-Həsənli partiya sədrinin seçki məsələləri, Ramil Hüseynov partiya sədrinin təşkilat məsələləri üzrə müavini vəzifələrinə təyin olunublar. Ə.Əliyevin digər sərəncamı ilə Asif Balakişiyev VİP Qeydiyyat Bölməsinin rəhbəri vəzifəsinə təsdiqlənib.