Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. Qərarlarının icrası barədə məlumat nəzərə alınıb. DCUMH İdarə Heyəti ölkədəki ictimai siyasi vəziyyəti müzakirə edib, müxalifət daxili bəzi qüvvələrin milli marağa təhlükə törədən mövqeləri tənqid olunub. DCUMH İdarə Heyəti yeni fəaliyyət istiqamətlərini müzakirə edib və bir sıra qərarlar qəbul edib.