Elmar Məmmədyarov Argentinanın xarici izlər və etiqad naziri ilə görüzüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın xarici işlər və etiqad naziri Hektor Timermanla görüşüb. Nazirliyin mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, görüşdə vurğulaıb ki, hər iki ölkədə qarşılıqlı olaraq səfirliklərin təsis edilməsi, son dövrlər həyata keçirilmiş qarşılıqlı səfərlər, tərəflər arasında siyasi dialoqun gücləndirilməsi, habelə biznes forumların keçirilməsi Azərbaycanla Argentina arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açıb.
Nazirlər həmçinin, regional və beynəlxalq aləmdə gündəlikdə duran məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparmış və iqtisadi-ticarət, sərmayə, elm və texnologiyalar sahələrində əlaqələrin genişləndirilməsi, xüsusilə enerji, kənd təsərrüfatı, aqrobiznes, əczaçılıq, İKT, infrastruktur, tikinti sektorlarında birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.
Görüşün sonunda Azərbaycan və Argentina xarici işlər nazirləri ?Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair Saziş?i imzalayıb.
İmzalanma mərasiminin ardınca Nazirlər birgə mətbuat konfransı keçirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51