Nazir Arif Qazıyevi izdən çıxardı
Muğam teatrının direktoru, tanınmış rejissor Arif Qazıyev işdən çıxarılıb. Müstəqil İnformasiya Agentliyinə (mia.az) daxil olan məlumata görə, A.Qazıyev Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə tutduğu vəzifədən uzaqdaşdırılıb. Onun işdən çıxarılmasının 65 yaşı tamam olması ilə əlaqədardır.
Məlumatı dəqiqləşdirmək üçün Arif müəllimin mobil telefonuna zəng etsək də, o, tefona cavab vermədi.
Xatırladaq ki, Arif Lətif oğlu Qazıyev 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47