Nazirlik xarici tələbələri Bakıya gətirib
21 iyul 2012-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə ?Avropa Tələbələr Forumu-Bakı? İB və ?Avropa Tələbələr Forumu-Sumqayıt? İB-nin ?Odlar Yurdu Azərbaycan ? Yay universiteti? beynəlxalq layihəsinin iştirakçıları üçün ?İçərişəhər?də tur təşkil olunub.
Mia.az-a verilən xəbərə görə, xarici tələbələr ?İçərişəhər?i elektromobillər vasitəsilə gəziblər. Tur zamanı ?Qız qalası? və bir çox muzeylərə də baş çəkilib: ?Nəzərinizə çatdıraq ki, layihə 14 gündən ibarətdir və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə keçirilir. Sözügedən layihə əsasən, Avropanın müxtəlif ölkələrindən 25 tələbənin iştirakı ilə baş tutur?.
Onu da qeyd edək ki, iştirakçılar Yunanıstan, Böyük Britaniya, Serbiya, Avstriya, Çexiya, İspaniya, Polşa, Ukrayna. Rusiya, Macarıstan, Hollandiya və Türkiyədən olan tələbələrdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47