Azərbaycanla İran arasında azərbaycanlı diplomatın Fərid Hüseyn və Şəhriyar Hazıcadə ilə görüşü barədə razılaşma əldə olunub. APA-nın məlumatına görə, Azərbaycanın Tehrandakı səfirliyi ilə İran tərəfi arasında aparılan danışıqlar nəticəsində Azərbaycanın diplomatik nümayəndəsinin bu ölkədə saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşü barədə razılaşma əldə olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, hazırda görüşün tarixi və digər detalları İran tərəfi ilə razılaşdırılır.#246;lk