Bu gün Ümid partiyası mərkəzi qərərgahında partiyanın rayon və şəhər şöbələrinin Nəzarət Təftiş Komisiyalarının ümumrespublika müşavirəsi keçirilib. Mərkəzi Nəzarət Təftiş Komisiyasının sədri Elnurə Əliyevanın rəhbərliyi ilə keçən ümumrespublika müşavirəsində Ümid partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, təşkilat məsələləri üzrə sədr müavini Rəfail Tağızadə, seçki və təbliğat məsələləri üzrə müavin Taleh Əliyev və siyasi məsələlər üzrə müavin Bakir Həsənbəyli iştirak edib. Müşavirədə Nəzarət Təftiş Komisiyalarının fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması ilə yanaşı partiyanın təbliğat-təşviqat işinin yerlərdə gücləndirilməsi və rayon şöbələrinin yerlərdə yeni özəklərin yaradılması məsələləri müzakirə olunub.