Bu gün AXCP sədri Əli Kərimli ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Fanta Orrla görüşüb. Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. F.Orrl bu posta yeni təyin olunduğu üçün görüş tanışlıq xarakteri daşıyıb. Diplomat AXCP və onun qarşıdakı planları, ölkədəki mövcud ictimai-siyasi vəziyyət haqqında məlumat alıb. Eyni zamanda 2013-cü il prezident seçkisi ərəfəsində İctimai Palatanın, demokratik qüvvələrin mövqeyi ilə bağlı ətraflı müzakirə aparılıb. Ölkədə insan haqları və demokratiyanın durumu haqda qonağa ətraflı məlumat verən Ə.Kərimli sərbəst toplaşmaq azadlığının hələ də təmin edilmədiyini və bunun seçki qabağı Azərbaycana ciddi problem yaratdığını söyləyib. Seçki qanunvericiliyinin dəyişdirilməsi məqsədilə İP-in başlatdığı müzakirələr və bu istiqamətdə müxalifətdə konsensus əldə olunması üçün səylərin göstərildiyi də görüşdə vurğulanan məsələlərdən olub. Ölkədəki siyasi məhbus problemi də diqqətdən kənarda qalmayıb. Şahin Həsənli, Vidadi İsgəndərov, Elnur Seyidov və digər vicdan, siyasi məhbuslarla bağlı ətraflı fikir mübadiləsi aparılıb.#287;