Bu gün Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanla Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər arasında görüş keçirilib. MIA-ya daxil olan məlumata görə, ACP qərargahında keçirilən görüşdə ölkədəki ictimai-siyasi proseslər müzakirə edilib. Bundan əlavə, partiya sədrləri qurumlararası əməkdaşlıq, müxalifətin inteqrasiyası və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.