QAT-dan isa Qəmbərə qarzı bəyanat
Qarabağ Azadlıq Təşkilatı (QAT) İsa Qəmbəri tənqid edən bəyanat verib. Bəyanatda QAT Müsavat partiyasının başqanı İsa Qəmbərin Erməni Ümummilli Hərəkatı deyilən təşkilatla əməkdaşlıq təşəbbüslərini qətiyyətlə pisləyib: ?İsa Qənbərin 2010-cu ilin oktyabr ayında Almaniyanın Potsdam şəhərində başlayan və ?Potsdam prosesi? adlanan bu əməkdaşlıq oyunlarında iştirak etməsi Azərbaycan maraqlarına cavab vermir. İşğalçı dövlətin nümayəndələri, hər hansı siyasi partiyası ilə əməkdaşlıq Azərbaycanın milli maraqlarına xəyanətdən başqa bir şey deyildir. Hesab edirik ki, İsa Qəmbər bu addımı ermənipərəst mərkəzlərin, erməni lobbisinin birbaşa təsiri altında atmışdır. Biz bu hərəkətlə bağlı təəssüfümüzü bildirir, bu əməkdaşlıqdan dərhal imtina olunmasını tələb edirik. Biz Müsavat partiyasının üzvlərini bu məsələyə obyektiv yanaşmağa, partiya maraqlarından deyil, dövlət və
Qarabağ maraqlarından çıxış edərək düzgün qiymət verməyə, ədalətli mövqe tutmağa çağırırıq?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51