Bu il Mədəniyyət və Turizm Nazirliyinin ?Salnamə? studiyasında Tahir Əliyevin rejissorluğu ilə çəkilən ?Unudulmuş partizan? və ?IX korpus? qısametrajlı sənədli filmləri tamamlanma mərhələsindədir. Rejissor bildirib ki, ?Unudulmuş partizan? İkinci Dünya müharibəsi illərində keçmiş Yuqoslaviya ərazisində antifaşist hərəkatının iştirakçısı olmuş azərbaycanlı Mirdaməd Seyidov haqqındadır. ?IX korpus? qısametrajlı filmi də keçmiş Yuqoslaviyada alman faşistlərinə qarşı mübarizə aparan korpusun daxilində ?Russkaya çetna? adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan bəhs edir. Payızda hər iki filmin təqdimatının keçirilməsi planlaşdırılır.