Partiya sədri: "Həmsədrləri ölkəmizə buraxmayaq"
"Dağlıq Qarabağ münaqişəsinin həlli növbəti dalana dirənib. Bunu həmsədrlərin səfəri ərəfəsində yenə snayperlərin geri çəkilməsindən danışması, heç bir əhəmiyyəti olmayan açıqlamalar verməsi, yenə sülhdən danışmaları sübut edir". Bu fikri AİDP sədri Tahir Abbaslı deyib.
Onun fikrincə vasitəçiləri tənqid etmək, onların 20 illik fəaliyyətini pisləməkdənsə daha konkret işlər görmək lazımdır. Azərbaycan diplomatiyası yalnız bu işlə məşğuldur. Əslində biz həmsədrlərin heç bir iş görmədiyini, bu missiyanın Qarabağ məsələsini həll etmək niyyətinin olmadığını illər öncə demişik. O vaxt bizim diplomatiyamız susurdu. İndi 20 ildən sonra narazılıq etmək hesab edirəm ki, lazımsız bir işdir. İndi bu missyadan yaxa qurtarmaq bardə fikirləşmək lazımdır".
AİDP sədri hesab edir ki, bu missiyanın fəliyyətsizliyinə son vermək üçün Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir: "Əgər biliriksə ki, bu missiya bundan sonra da heç bir iş görməyəcək, deməli onların fəaliyyətinə son verilməsi məsələsini qaldırmalıyıq. Hətta onların ölkəyə buraxılmaması məsələsini də qaldırmaq olar. Əgər Azərbaycan, iqtidarın dediyi kimi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırsa, Rusiya və ABŞ-la strateji müttəfiqdirsə onda Azərbaycanın sərt təpkisi də boşa çıxmayacaq".
#601;ns#601;aliyy
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50