Fransanın sabiq prezidenti Nikola Sarkozinin oğlu Pyer Sarkozi İrəvanda konsert proqramı ilə çıxış edəcək. ANS PRESS-in Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, DJ Mosey adı ilə tanınan Pyer Sarkozi Fransanın milli bayramı münasibəti ilə Ermənistanın Gənclər Fondu və "MODD EVENTS" erməni-fransız şirkəktinin birgə təşkil edəcəkləri konsertdə iştirak edəcək. Konsert proqramı iyulun 14-də İrəvanın "sevgililər parkı"nda olacaq. Ermənistanın gənclər fondu bildirib ki, bu tədbir nəinki gənclər üçün fəal və ritmli istirahət olacaq, həm də ikitərəfli mədəni əlaqələrin möhkəmləndirəcək.