[b]Bakının Nərimanov rayonu ərazisində yüksəkmərtəbəli bina tikintisi ilə məşğul olan ?MTK-Real? MTK ilə ?Bakıelektrikşəbəkə? ASC arasında təqribən 54 min manatlıq pul üstündə yaranmış mübahisə məhkəməyə daşınıb.[/b] Mia.az-ın xəbərinə görə, ?MTK-Real? MTK ?Bakıelektrikşəbəkə? ASC-nin barəsində tərtib etdiyi 24.02.2011-ci il tarixli icra və 217360424 nömrəli 24.02.2011-ci il tarixli hesab ödəniş vərəqəsini, həmçinin 24.02.2011-ci il tarixli icra və 217360424 nömrəli 24.02.2011-ci il tarixli hesab ödəniş vərəqi əsasında hesablanmış 53 min 910 manat 66 qəpik məbləğində əlavə ödənişin ləğv edilmələri üçün prosedura uyğun olaraq əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə iddia qaldırsa da, sözügedən məhkəmə şirkətin iddiasını əsassız sayıb: ?MTK rəhbərliyi isə birinci məhkəmə instansiyasının bu qətnaməsindən şikayət verib. Hazırda həmin şikayət Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub və hakim Valeh Ağayevin sədrliyi ilə araşdırılır?. Xəbərə görə, ?MTK-Real? MTK-nın ?Bakıelektrikşəbəkə? ASC-yə qarşı şikayətinə sabah saat 16.00-da baxılacaq.